Tacikistanda cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus ölüb

Tacikistanın şimalındakı Xucande şəhərində ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus öldürülüb.

Soqdi vilayətinin güc strukturlarındakı mənbənin məlumatına görə, məhbuslardan biri mühafizəçini silahsızlaşdırmağa nail olub və avtomatı əlindən alaraq nəzarətçilərə və mühafizəçilərə atəş açmağa başlayıb. Məhbuslar cəzaçəkmə korpuslarından birini ələ keçiriblər.

Soqdi vilayətinin Daxili İşlər İdarəsinin xüsusi təyinatlıları qiyamı yatırıb.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR