KTMT-nin keçmiş baş katibi Yerevana qayıdıb

Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov Yerevana qayıdıb.

Bu məlumatı Ermənistan KİV-i yayıb.

O, 2008-ci il martın 1-də Yerevandakı hadislər zamanı ölkənin Konstitusiya quruluşunu pozmaqda ittiham olunur. Y.Xaçaturov buna görə KTMT-nın baş katib vəzifəsindən azad olunub.

Qeyd edək ki, noyabrın 8-də Astanada KTMT-yə üzv dövlətlərin sammitində yeni baş katibin seçiləcəyi gözlənilir. Ermənitsan bu vəzifəyə öz namizədini irəli sürüb.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR