Türkiyə ABŞ-ı PYD/YPG terror təşkilatının dəstəyini dayandırmağa çağırır

Türkiyə ABŞ-ı PYD/YPG terror təşkilatının dəstəyini dayandırmağa çağırır.

Bu barədə jurnalistlərə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Nazirlər Kabinetinin iclasının yükunları üzrə bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun PYD/YPG barədə mövqeyi terrorçuluğa qarşı mübarizədə ikili standartların təzahürüdür: "Türkiyə terror təşkilatlarının "pis" və "yaxşıya" bölünməsini qəbul etməyəcək".

Mətbuat katibi qeyd edib ki, bizim NATO üzrə müttəfiqimiz olan ABŞ-dan gözləntimiz onların PYD və YPG ilə əməkdaşlığı tamamilə dayandırmalarıdır.

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR