Rusiya ordusu zərbə vuran pilotsuz aparatlarla təchiz olunacaq

Rusiya ordusu uzaq mənzilli və davamlı uçuşa malik zərbə vuran pilotsuz aparatlarla təchiz olunacaq.

Bu barədə "İzvestiya" qəzetinə Dövlət Pilotsuz Aviasiya Mərkəzinin rəis müavini podpolkovnik Andrey Laykovski deyib.

Silahlı Qüvvələrin ABŞ istehsallı "MQ-9 Reaper" uçuş aparatının analoqu olan kəşfiyyat-həmləçi aparatlara nə zaman sahib olacağına gəlincə, zabit həmin komplekslərin yaxın vaxtlarda qoşunların silahlanmasına daxil olacağını bildirib.

A.Laykovski əlavə edib ki, silahlanmaya düşməni radioelektron şüalar və radarın köməyi ilə tapmağa qadir olan yeni "kəşfiyyatçı"lar da daxil ediləcək.

TREND

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR