ABŞ Yaxın Şərqə dair niyyətindən danışdı: “Bütün ölkələr İsrail kimi olmalıdır”

ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonda Yəhudi İnstitutu tərəfindən verilən ziyafətdə sensasion açıqlama verib.

Pompeo İsraili region ölkələrinə nümunə göstərərək, bütün dövlətləri ona bənzəməyə çağırıb.

"İsrail demokratik və firavan ölkədir. Sülh istəyir. Azad mətbuat və inkişaf etməkdə olan bir iqtisadiyyata sahibdir. Biz gələcəkdə Yaxın Şərqdəki ölkələrin hamsını bu cür görmək istəyirik", - deyə Pompeo bildirib.

Eyni zamanda dövlət katibi Barak Obama administrasiyasının İran ilə bağladığı bütün nüvə anlaşmalarını qınayaraq, bunun ciddi səhv olduğunu qeyd edib.

İranın Yaxın Şərqdəki terrorizmi maliyələşdirdiyini iddia edən Pompeonun sözlərinə görə, sözügedən siyasətini dayandırmayacağı təqdirdə ABŞ bu ölkəyə qarşı istənilən sanksiyaların tətbiqinə davam edəcək.

www.yenicag.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR