İndoneziyada G20 ölkələri maliyyə nazirlərinin görüşü keçirilir

Böyük iyirmiliyin maliyyə nazirləri və mərkəzi banklarının nümayəndələri İndoneziyada ikigünlük görüşə toplaşıblar.

Görüş iştirakçıları səhmlərin kütləvi satışı fonunda dünya iqtisadiyyatı qarşısında getdikcə artmaqda olan təhlükədən narahatlıqlarını bildiriblər.

Görüşün ilk günündə iştirakçılar iqtisadi inkişafın qarşısını alan faktorlara yanaşma yollarını müzakirə ediblər.

İştirakçılar, eyni zamanda, sürətlə inkişaf edən iqtisadiyyatlardan maliyyə vəsaitlərinin axınının dünya bazarlarına dağıdıcı təsir göstərə biləcəyindən də narahatlıqlarını ifadə ediblər.

Yaponiyanın maliyyə naziri Taro Aso qeyd edib ki, ticari münasibətlərdə baş verən fikir ayrılıqları ciddi təhlükə yaradır. T.Aso deyib: "Ticari münasibətlərdə artan fikir ayrılıqlarının qlobal iqtisadiyyata göstərəcəyi güclü təsir məni narahat edir. Proteksionizm heç bir ölkəyə xeyir gətirməyəcək".

AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR