Türkiyədə İŞİD üzvü olan rusiyalı ər-arvad saxlanılıb

Türkiyədə iki Rusiya vətəndaşı saxlanılıb.

Rusiyanın Ankaradakı səfirliyinin press-attaşesi İrina Kasımova məlumatı təsdiqləyib. Onun sözlərinə görə, saxlanılanlar Rəşid Enikeev və Elana Rəhmanovadır. Kasımova onu da qeyd edib ki, RF-nın Ankaradakı səfirliyi onların saxlanılmasının səbəblərini araşdırır.

Türkiyənin DHA xəbər agentliyi isə Kayseridə terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirildiyini, saxlanılan 7 nəfərdən 2-sinin Rusiya vətəndaşı olduğunu yazıb.

Saxlanılan rus vətəndaşı Rəşid Enikeevin beynəlxalq səviyyəli terrorçü kimi axtarışda olduğu, yol qəzası nəticəsində şikəst qaldığını desə də, İraqda yaralandığı məlum olub. Onun boynunda və belində platin yerləşdirildiyi, İŞİD-in GSM vasitəsilə onu təlimatlandırdığı, ölən silahdaşlarının həyat yoldaşlarını Suriyadan qaçaq yollarla Türkiyəyə gətirdiyi üzə çıxıb. Rəşidlə birgə qruplaşmada fəaliyyət göstərən Elana Rəhmanova və Suriya əsilli Süməyya Şeyx Məhəmmədin onun imam nikahlı arvadları olduğu bildirilir.

Rusiyadan gələn Elana universitetdə təhsilini yarımçıq qoyaraq İŞİD-ə qoşulub. Türkiyənin Terrorla Mübarizə İdarəsi müəyyən edib ki, Enikeev Türkiyəyə 3 ay əvvəl yerləşib və həyat yoldaşları ilə birgə Fransaya qaçmağa hazırlaşıb.

"Qafqazinfo"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR