Qaşıqçının son sözləri… - Nişanlısı danışdı

Əlbəttə, az da olsa, narahatlığı vardı, ancaq belə bir şeyin baş verəcəyini əsla təxmin etmirdi.

Bu sözləri Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna girdikdən sonra müəmmalı şəkildə yoxa çıxan Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz Qaşıqçı ilə aralarındakı son söhbət barədə danışarkən deyib.

"Mən qeyri-ixtiyari və ya fövqəladə bir hadisə olacağı halda necə hərəkət etməli olduğumu soruşanda belə bir şeyin olacağını ehtimal etmədiyini bildirdi. Türk hökumətinə güvənirəm. Diplomatiya dili ilə danışmağa davam edir", - Cengiz bildirib.

Qeyd edək ki, səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı nikaha girmək üçün lazım olan sənədi almaq məqsədi ilə Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olub və bir daha ordan çıxmayıb.

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR