Fransız jurnalist Paşinyanı çaşdırdı

Ermənistan Fransadan daha az müstəqil deyil.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan fransız jurnalistin Ermənistanın Rusiyadan asılı olmasına dair sualını cavablandırıb:

"Rusiyanın Ermənistanda hərbi bazası var. Buna görə də bir sıra ehtimallar irəli sürürlər. Onu deyə bilərəm ki, Ermənistan Fransadan daha az müstəqil deyil. Ermənistanın öz müqəddaratını təyin edə bildiyini düşünürəm.

Rusiya ilə yanaşı, digər ölkələrin də Ermənistanın müstəqilliyinə hörmət etdiklərinə sevinirəm".

Teleqraf.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR