Rusiyanın Əsədə verdiyi S-300-ləri İran idarə edəcək

Rusiyanın Suriyaya verdiyi S-300 zenit raket komplekslərini İrandan olan mütəxəssislər idarə edəcəklər.

Bu barədə informasiyanı İsrailin "DEBKA fayl" portalı yayıb. Məlumata görə, Moskva bilərəkdən Əsəd rejiminə 2016-cı ildə İrana verdiyi S-300-lərin bənzərini verib.

Hazırda İran hərbçilərinin Suriyaya yerləşdirilməsi prosesinin aktivləşdirildiyi bildirilib. Hesab edilir ki, bununla Moskva öz hərbçilərinin təhlükəsizliyini təmin edəcək.

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR