"Mənə sui-qəsd sifarişi Ağ Evdən verilib" - Maduro

Mənə qarşı sui-qəsd əmri Kolumbiyaya Vaşinqtondan verilib.

Bunu Venesuela Dövlət Televiziyasında çıxışı zamanı Prezident Nikolas Maduro deyib.

"Bütün dünyaya bəyan edirəm: Maduronun öldürülməsi əmri Boqotadakı hökumətə Ağ Evdən verilib. Məni öldürmək planı uğursuzluğa düçar olub. Mənim başımdan bir tük belə əksilməyəcək. Ona görə ki, məni Tanrı və xalq qoruyur", - deyə o bildirib. .

Qeyd edək ki, Maduroya qarşı sui-qəsd avqustun 4-də təşkil edilmişdi.

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR