ABŞ İrana qarşı fəallaşdı: AB və Hindistanla müzakirə

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Avropa Birliyi ölkələri və Hindistanla İranın neft sektoruna qarşı yeni sanksiyaları müzakirə edəcək.

Bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumatda bildirilir ki, Brayan Huk 10-17 oktyabr tarixlərində Hindistan və Avropaya yollanacaq:

"Hindistana Hukla bərabər ABŞ Dövlət katibinin energetika məsələləri üzrə köməkçisi Frensis Fenon da gedəcək. Hindistanda rəsmi şəxslərlə görüşdükdən sonra onlar Lüksemburqa yola düşəcəklər. Burada onların AB nazirləri ilə görüşü planlaşdırılır. Fransada isə Huk Beynəlxalq Energetika Agentliyinin direktoru ilə görüşəcək.

Huk həmçinin Belçikaya da səfər edəcək".

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR