Baş katib qızlarla bağlı bəyanat yaydı

Bu gün 600 milyon yeniyetmə qız innovasiyalar və avtomatlaşdırma nəticəsində kökündən dəyişilən iş dünyasına addım atmağa hazırlaşır. Onlar tarixdəki ən böyük nəsil, bütün karyera sahələri üçün ideya və həll yollarının müəllifidir. Amma yenə də tez-tez qızlara öz potensiallarını həyata keçirmək üçün ehtiyacları olan şərait və imkanlar verilmir.

Bu fikirlər BMT baş katibi Antoniu Quterreşin Beynəlxalq Qız Övladı Günü münasibətilə yaydığı bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, belə çətinliklərin öhdəsindən gəlmək üçün birgə səylərə ehtiyac var.

Misal üçün, informasiya və kommunikasiya texnologiyaları sahəsində məzunlar arasında qadınların sayı 30 faizdən aşağıdır. Dünyada tədqiqat və inkişaf sahələrində çalışanlar arasında da qadınların sayı 30 faizdən azdır.

Qızların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində təhsil almalarına dair gender stereotipləri ibtidai sinifdən başlayır və onların öz potensiallarına şübhə etdirəcək qədər ciddi təsiri olur.

Məktəbə gedən qızların sayı indiyədək ən yüksək səviyyədə olmasına baxmayaraq çoxları hələ də həyatları boyu lazım olan mühüm bacarıqları qazana bilmir. Bundan əlavə, 5 il sonra bugünkü işlər üçün vacib sayılan bacarıqların 1/3-i dəyişəcək.

Teleqraf.com 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR