Latviya Avropa Şurasının konvensiyasına dəyişikliklərə dair protokolu imzalayıb

Latviyanın Avropa Şurasındakı səfiri İvars Punders Strasburqda şəxsi məlumatların avtomatik işlənməsi ilə bağlı fərdlərin müdafiəsi haqqında Konvensiyaya dəyişikliklər edilməsi haqqında protokolu imzalayıb.

Sənədə əlavələr edilməsi Avropa Şurasının üzvü olan dövlətlərdə məlumatların qorunmasına dair ümumi müddəalar üzrə tələblərin balanslaşdırılması və bütün dünyada Avropa İttifaqının (Aİ) məlumatların mühafizəsi standartlarına şərait yaradılmasıdır.

Şəxsi həyatın toxunulmazlığını təmin etmək məqsədi daşıyan Konvensiya şəxsi məlumatların mühafizəsi sahəsində üçüncü ölkələrlə imzalanan çoxtərəfli icbari-hüquqi beynəlxalq sənəddir. Bununla yanaşı, sənədin modernizasiyası insanlara şəxsi məlumatların istifadəsi üzrə əlavə təminatlar verəcək. Həmçinin, onlar bu prosesə potensial təsir etmək və ciddi pozuntular zamanı müvafiq texniki və təşkilati tədbirlər görülməsi üçün müraciət etmək sahəsində əlavə hüquqlara malik olacaqlar.

Hazırda Konvensiyanı 51 ölkə ratifikasiya edib. Latviya bu sənədə 2001-ci il aprelin 5-də qoşulub.

AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR