Kardaşyanın əri Trampla görüşəcək

Amerikanın TV ulduzu Kim Kardaşyanın repçi əri Kane Uest  prezident Donald Trampla görüşəcək.Bu barədə Kardaşyan məlumat yayıb. 

Ağ Evə qonaq olacaq repçi yeni qanunda edilən dəyişiklər barədə müzakirələrdə iştirak edəcək, Çikaqodakı küçələrdə müxtəlif qruplar tərəfindən insanlara qarşı törədilən şiddət barədə müzakirəyə qoşulacaq. 

"Kaneyə tövsiyə verməyə çalışıram. Hər zaman demişəm. O, yaxşı idarəedici qüvvə deyil, lakin gözəl bir qəlbi var. Kane Çikaqo şəhəri barədə bəzi detalları da müzakirəyə çıxaraq. Güman ki, prezident onun rəylərini nəzərə alacaq"- deyə Kim bildirib. 

Bu məqamda bildirək ki, Kane ilə Tramp 2016-ci ilin dekabr ayında da görüşmüşdülər. Kardaşyan isə bu ilin may ayında Amerika prezidentindən narkotikdən 21 ildir ki, həbsdə olan 5 uşaq anası Alice Marie Johnsonun əfvini xahiş etmişdi. Trampla Kim Ağ Evdə görüşmüş, onların fotosunu prezident rəsmi tvitter səhifəsində paylaşmışdı. 

qafqazinfo

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR