Bir vaxtlar kuryerlik edirdi, indi milyonçudur - Cəmi 26 yaşı var - FOTOLAR

İngiltərənin Birminhem şəhərində yaşayan Fransis adlı gənc idman geyimləri fabrikini yaratdıqda Aston Universitetində dərsdən çıxıb axşamlar evlərə pizza sifarişləri daşıyardı.

Olaylar.az xəbər verir ki, iki işin arasında markasının yeni məhsulları və internet saytının dizaynı ilə də maraqlanırdı. Çətin keçən iki ildən sonra markası ildə 320 min dollardan çox gəlir gətirməyə başladı. Fransis həm universiteti, həm də pizza satmağı atdı.

Əslində Fransis şəxsi biznes fəaliyyətinə gənc yaşlarda başlamışdı. İlk əvvəl avtomobil nömrələri satan sayt yaratdı, sonra "iPhone" üçün iki fitnes tətbiqetməsi hazırlayıb bazara təqdim etdi. Bu tətbiqetmələrin hər birindən 10 min dollar qazandı.

Daimi idman zalı ziyarətçisi olan Fransis əvvəlcə fitnes həvəskarlarına internet vasitəsilə qida və vitaminlər satmağa başladı, sonra daha gəlirli variant axtarmağa başladı:

"Ətrafıma baxırdım, idman edərkən geymək istədiyim formada geyimlər tapa bilmirdim. Mən də "Əgər belədirsə, özümüz hazırlayaq" dedim".

Fransis qardaşı və dostlarının köməyi ilə bir tikiş maşını və ekranlı printer alıb valideynlərinin yaşadığı evin qarajını dərzixanaya çevirdi. Alıcı kütləsi isə digərlərindən fərqli idi. Əzələli bədənə malik yaşlılar yerinə, arıq gənc kişiləri seçdi.

"Nənəm pərdə tikərdi, mənə də tikməyi öyrətmişdi. Gündə 12-15 idmançı atlet üçün geyim tikdiyimiz yadımdadır. Bütün günümüzü sərf edirdik, çox şey də öyrənirdik" - o, belə deyib.

Şirkətin təsisindən 6 il sonra bu markanı 1,2 milyondan çox müştərisi var, Birminhemdəki ofisində isə 215 işçi çalışır.

Markanın "İnstagram" izləyiciləri 2,4 milyon nəfər, "YouTube" izləyiciləri isə 1,5 milyon nəfərə çatıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR