Hindistan geri çəkilir: İran neftinə mühüm zərbə

Hindistanın neft emalı zavodları İrandan tədarük etdikləri neftin həcmini növbəti iki ay ərzində iki dəfə azaldacaqlar.

Rəsmi Dehli bunun sayəsində ABŞ-ın İran neftinə qarşı sanksiyalarının təsirindən xilas olmağa çalışacaq.

Qeyd edək ki, Vaşinqtonun İran neftinə qarşı sanksiyaları noyabrda qüvvəyə minəcək. ABŞ-ın yeni sanksiyalarına əsasən, İran neftini alan hər bir ölkə bu sanksiyalara məruz qalacaq. Vaşinqton artıq bəyan edib ki, İrana qarşı sanksiyalar məsələsində heç bir ölkəyə güzəşt edilməyəcək.

Hindistan İran neftinin ikinci ən böyük idxalatçısıdır. Ondan öncəki pilləni Çin tutur.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR