“Türk Hava Yolları” yeni uniformasını təqdim edib

"Türk Hava Yolları"aviaşirkətinin yaradılmasından ötən 85 müvəffəqiyyətli ili qeyd etmək məqsədilə kabin ekipajı üçün yeni uniformalar təqdim edilib. "OLAYLAR" xəbər verir ki, İstanbulda inşa olunan və Türkiyə aviadaşıyıcısının "yeni evi"nə çevriləcək aeroportun fəaliyyətə başlaması ilə formaları ekipaj üzvlərinin əynində görmək mümkün olacaq.

Türkiyə mədəniyyətinin çoxsaylı klassik elementlərindən ilhamlanaraq hazırlanmış yeni uniformanın tərzi özündə şüşə və keramikadan hazırlanmış əlişlərində istifadə olunan milli ornamentləri, kaliqrafiyanı, müasir tekstura və detalları birləşdirir. Kolleksiyada Bosfor boğazını xatırladan forma və rənglər, həmçinin, xüsusi olaraq Türkiyənin ən dinamik şəhərinin - Şərq və Qərbin birləşdiyi yerin möhtəşəm aktiv enerjisini simvolizə etməsi üçün yaradılmış "axım" həndəsi ornamentindən istifadə edilib.

Dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən"Türk Hava Yolları" ölkənin milli aviadaşıyısının  yeni erasından və brend obrazından xəbər verən dinamik uniforma dizaynının yaradılması üçün Milan kutüryesi Ettore Bilottanı seçib.

Tünd qırmızı və antrasit boz palitrada olan bu unikal kolleksiyaya şlyapalar, əlcəklər, donlar, kostyumlar, çantalar və aksessuarlar daxildir. Layihənin digər mühüm cəhətlərindən biri də odur ki, kabin ekipajı, pilotlar, bortdakı baş aşpazlar və digər xidmətləri göstərən işçilərin uniforma dizaynı vahid üslubda olacaq, bu da sərnişinlərə brendi bir bütöv olaraq qəbul etməyə imkan verəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR