İspaniyanın səhiyyə naziri istefa verib

İspaniyanın səhiyyə naziri Karmen Monton Madrid Universitetində magistr dərəcəsi alması ilə əlaqədar baş vermiş qalmaqaldan sonra sentyabrın 11-də istefa verib.

Eldiario.es nəşri nazirin məşğələlərə getmədən magistr dərəcəsi almasını bildirib. "La Sexta" telekanalının məlumatında isə nazirin magistr dərəcəsi almaq üçün təqdim etdiyi yekun işinin çox hissəsinin plagiat olduğu vurğulanır.

Sabiq nazir Karmen Monton vidalaşarkən deyib: "Mən doğru-düzgün olmuşam, heç bir pozuntu halına yol verməmişəm. Mən hökumət başçısına zərər verməməkdən ötrü istefaya gedirəm".

Baş nazir Pedro Sançes, öz növbəsində, nazirin istefasını şərh edərək deyib: "Biz universal səhiyyəni bərpa etmişik. Uşaqlara qarşı zorakılıq əleyhinə geniş əhatəli qanunun qəbul edilməsi üçün təməl hazırlamışıq. Bu, hakimiyyətdə olduğumuz ilk 100 gün ərzində yaxşı tarazlıqdır".

Səhiyyə, istehlak və sosial təminat naziri postu uşaq yoxsulluğuna qarşı mübarizə üzrə ali komissar Mariya Luiza Karsedoya həvalə edilib.

Bu, iyun ayının əvvəlində hakimiyyətə gələn Baş nazir P.Sançesin rəhbərlik etdiyi nazirlər kabinetində artıq ikinci istefa hadisəsidir. İspaniyanın mədəniyyət naziri Maksim Uerta təyinatından cəmi bir həftə sonra - "El Confidencial" qəzetində onun vergilərdən yayınması barədə material dərc olunduqdan sonra istefa vermişdi.

AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR