Uçuş zamanı yatan pilot sərnişinləri şoka saldı

"United Airlines" şirkətinə məxsus təyyarənin sərnişinləri pilotun adi geyimdə biznes-klassda yatdığını görüb və şoka düşüblər. 

Bununla bağlı "Daily Mail" məlumat yayıb. 

Laynerin komandiri Nyuarkdan (ABŞ) Qlazqoya (Şotlandiya) yeddi saatlıq uçuş həyata keçirən zaman yatmaq qərarına gəlib. Sərnişinlərdən biri pilotun şəklini çəkib. Şəkildə görünür ki, pilot adi geyimdə yatıb, onun forması isə yanındadır. 

"O, yuxudan oyandı, uniformasını geyindi və pilot kabinəsinə daxil oldu", - kişi deyib. 

O əlavə edib ki, pilot bir saat və ya saat yarım yatıb və bu hərəkəti qəbuledilməz adlandırıb. 

"İstirahət etmək istəyirdisə, bunu sərnişinlərin yanında etməzdi. ABŞ-a çox səfərlər etmişəm, ancaq belə bir şey görməmişəm", - foto müəllifi deyib. 

www.oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR