Vyetnamlılardan itləri yeməmək xahiş olundu

Vyetnamın paytaxtı Xanoya şəhərinin rəhbərliyi yerli sakinləri it əti yeməkdən imtina etməyə çağırıb. 

Bununla bağlı "BBC News" məlumat yayıb. 

Bu ənənədən imtinaya səbəb kimi şəhərin reputasiyasına zərər və ölümcül xəstəliklərin yayılma təhlükəsi göstərilib. 

Xanoya xalq komitəsində bildiriblər ki, it ətinin yeyilməsi insanda leptospiroz və quduzluq kimi xəstəliklərin yaranmasına səbəb olur. 

Hazırda mindən çox yerli mağazada it və pişik ətləri satılır. Pişik əti az məşhur olsa da, ondan da yeməklərdə istifadə edilir. 

www.oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR