Putindən Yaponiyaya təklif: "Sülh müqaviləsi bağlayaq"

Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın Baş naziri Sindzo Abeyə sülh müqaviləsi bağlamağı təklif edib.

RF lideri belə bir bəyanatla Şərqi İqtisadi Forum çərçivəsində çıxış edib.

V.Putin qeyd edib: "Gəlin, sülh müqaviləsi bağlayaq, lakin indi yox, ilin sonunadək və heç bir ilkin şərt irəli sürmədən".

Onun sözlərinə görə, bu müqavilə əsasında ölkələr mübahisəli məsələləri həll etməyə davam edəcək:

"Düşünürəm ki, bu, bizim üçün 70 ildir öhdəsindən gələ bilmədiyimiz problemlərin həllini asanlaşdıracaq".

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR