Rusiya ABŞ-da noyabr ayında keçiriləck seçkilərə “ciddi hazırlaşır”

Demokratlar indidən həyəcan təbili çalırlar

Bu ilin mayında ABŞ Senatının kəşfiyyat üzrə komitəsi Rusiya hakerlərinin 50 ştatdan azı 18-də seçki infrastrukturunu dağıtmaq istədiyi barədə nəticəyə gəlib.

Bəzi bölgələrdə Rusiya hakerləri seçki qeydiyyatı siyahılarında dəyişiklik etmək, hətta orada adları silmək kimi imkanlar əldə ediblər.

Bu səbəbdən bəzi amerikalı siyasətçilər, xüsusilə seçkilərə namizəd olaraq hazırlaşanlar indidən Rusiyanın müdaxiləsi barədə təşviş dolu açıqlamalar verirlər. Bunlardan biri də ABŞ Senatının Florida ştatından olan üzvü demokrat Bill Nelsondir.

Nelson rusların onun ştatındakı seçki sisteminə müdaxilə həyata keçirdiyini bəyan edib. Onun fikrincə, bədxahlar seçici siyahılarında qeydiyyata düşənlərin adlarını istənilən vaxt poza və ya dəyişdirə bilərlər. Buna görə bir çox seçici həmin gün səs verməkdən məhrum qala bilər.

"Belə bir xaosu özünüz düşünün. Seçki mənqətəsinə gələn seçici "Cənab Smit, cənab Cons bağışlayın sizin adınız bizim siyahıda yoxdur. Ruslar elə məhz buna nail olmaq istəyir!, senator "Tampa Bay Times" qəzetinə verdiyi müsahibədə deyib.

Lakin qəzet Bill Nelsonun rusların konkret hansı dairə və ya məntəqəyə hücum gerçəkləşdirdiyini açıqlaya bilmədiyini yazıb. Elə ştatın yerli hakmiyyəti də hələ ki, onun sözlərini təsdiq etməyib. Buna baxmayaraq, Floridadan olan digər senator, Respublikaçılar partiyasından Marko Rubio da həmkarı ilə razılaşıb. Hər iki senator 67 dairədə təhlükə gözlənildiyi barədə xəbərdarlıq yayıblar. (musavat.com)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR