"Moskva sanksiyalara cavab verəcək"– Rusiya XİN

Rusiya ABŞ-ın yeni sanksiyalarına qarşı cavab tədbirləri işləyib hazırlayacaq. 

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bəyan edib. 

"Rusiya tərəfi dəfələrlə xəbərdarlıq edib ki, onunla güc mövqeyi və ultimatumlarla danışmaq faydasız və perspektivsizdir."- deyə, Zaxarova bildirib. 

Rusiya XİN rəsmisi onu da vurğulayıb ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək üçün Solsberidəki insidentdən istifadə etməsi sadəcə bəhanədir və MoskvaVaşinqtonun bu addımlarına cavab verəcək. 

Qeyd edək ki, ABŞ Dövlət Departamenti keçmiş rus hərbi kəşfiyyatçısı Sergey SkripalınBritaniyada olarkən "Noviçok" kimyəvi silahından zəhərlənməsi və beyin iflici keçirməsilə əlaqədar Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq olunacağını bəyan edib. Yeni sanksiyalar avqustun 22-də qüvvəyə minəcək və 2 mərhələdə icra olunacaq. İlk etapda Rusiyaya elektron cihazların və ehtiyat hissələrin ixracatı tamamilə qadağan olunacaq. İkinci sanksiya paketi isə, Rusiya gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyinə dair zəmanət verməsə, 3 ay sonra isə düşəcək. Bura isə diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması, "Aeroflot" aviaşirkətinin ABŞ-a uçuşlar gerçəkləşdirməsinə qadağa qoyulması və hətta iki ölkə arasında ticarət dövriyyəsinin, demək olar ki, tam şəkildə dayandırılması daxil olacaq. 



AzVision.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR