Orxan Camalı Afrikaya göndərən təşkilatda yoxlamalar başladı

Açıq Rusiya Təşkilatının Moskvadakı ofisinə hüquq-mühafizə orqanları gəlib.

Bu barədə təşkilatdan məlumat verilib. Hüquq-mühafizə orqanlarının ofisdə axtarışa başladığı bildirilib. Hələlik axtarışın nə üçün aparıldığını açıqlanmayıb. Təşkilat üzvləri axtarışların YUKOS işi ilə əlaqədar olduğunu iddia ediblər.

Qeyd edək ki, bu təşkilat məşhur rusiyalı iş adamı Mixail Xodorkovskiyə aiddir. Sonuncu dəfə təşkilatda yoxlamalar 27 apreldə aparılıb.

Açıq Rusiya Təşkilatı Orxan Camal və daha iki rusiyalı jurnalistin qətlindən sonra gündəmə gəlib. Belə ki, bu jurnalistlərin Mərkəzi Afrika Respublikasında "Vaqner" özəl hərbi şirkətinin muzdluları ilə bağlı araşdırmaya məhz bu təşkilatın vasitəsilə getdiyi məlum olub.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR