Həsən Ruhani Ərdoğana məktub yazıb

İran Prezidenti Aparatının rəhbəri Mahmud Vaezi Türkiyəyə səfər edib.

O, İran prezidenti Həsən Ruhaninin məktubunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çatdıracaq.

M.Vaezi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və başqa yüksək vəzifəli şəxslərlə görüşəcək.

Qeyd edək ki, avqustun 8-də Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fateh Dönməz bildirib ki, rəsmi Ankara ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR