Misirdə kütləvi edam hökmü çıxarıldı

Misirin İsmailiyə şəhərinin Cinayət məhkəməsi əyalətin mərkəzi həbsxanasından kütləvi qaçışda iştirak etdiklərinə görə 13 nəfər barəsində edam hökmü çıxarıb.

Oxu.az xatırladır ki, sözügedən hadisə 2016-cı ildə baş verib və yerli mətbuat tərəfindən "böyük qaçış" adlandırılıb.

Adi canilərlə bərabər zindandan həmçinin İŞİD terror təşkilatının Sinay yarımadasında fəaliyyət göstərən qolunun 4 üzvü də qaçıb.

Hüquq-mühafizə orqanları qaçanların çoxunu təkrarən həbs etsə də, onlardan 6-sını tapmaq mümkün olmayıb.

Hadisə baş verərkən iki polis əməkdaşı yaralanıb, təqib zamanı isə mülki vətəndaş təsadüfi güllənin qurbanı olaraq dünyasını dəyişib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR