Adnan Oktarın villasına basqının görüntüləri yayıldı - VİDEO

Türkiyə ictimaiyyəti arasında "Adnan Hoca" kimi tanınan Adnan Oktar və təşkilatına qarşı keçirilən əməliyyatın yeni görüntüləri yayılıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüntülər iyunun 12-də səhər saatlarında onun villasında keçirilən əməliyyat zamanı havadan çəkilib.

Qeyd edək ki, Türkiyə ictimaiyyəti arasında "Adnan Hoca" kimi taninan Adnan Oktar və təşkilatına qarşı dünən genişmiqyaslı əməliyyat keçirilib.Əməliyyat çərçivəsində "Kedicik"ləri kimi tanınan qadınlarla gündəmə gələn Adnan Oktar və daha 235 şübhəli saxlanılıb.

20-yə yaxın cinayətdə şübhəli bilinən Adnan Oktar haqqında çirkli pulların yuyulması ilə bağlı istintaq işi açılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR