Makron Trampa qarşı: Hərbi xərclər artmamalıdır

ABŞ Prezidenti Donald Tramp Brüssel sammitində ölkəsinin alyansdan çıxması imkanlarını dilə gətirməyib.

Bunu jurnalistlərə açıqlamasında Fransa Prezidenti Emmanuel Makron deyib.

"Donald Tramp ikitərəfli kontaktlarımız zamanı, eləcə də sammitdəki digər tədbirlərdə ABŞ-ın NATO-dan çıxması imkanlarını dilə gətirməyib. Tramp NATO-ya böyük önəm verir", - deyə o bildirib.

Makron həmçinin Trampın NATO üzvlərinin hərbi xərclərini ümumdaxili məhsullarının 4%-nə qədər çatdırması təklifinin də yaxşı ideya olmadığını deyib.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Trampın hərbi xərcləri ÜDM-nin 4% həcminə çatdırılması üçün NATO üzvlərinə müraciət etmişdi.

Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR