Netanyahu mövqeyini dəyişdi: "Əsədlə problemimiz yoxdur"

Suriyadakı rejimin lideri Bəşər Əsədlə aramızda heç bir problem yoxdur.

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Ölkəsinin Suriyanın daxili işlərinə müdaxilə etmək istəmədiyini, keçmişdə də bu istiqamətdə heç bir təşəbbüsün olmadığını dilə gətirən Netanyahu İran, Hizbullah və İŞİD-in Suriyadakı varlığından narahatlıq keçirdiklərini bildirib.

"İsrail Əsəd rejiminin Suriyadakı varlığına qarşı deyil. Ancaq İsrail, rejim ordusu da daxil olmaqla, kim nə edirsə etsin, istənilən sərhəd pozuntusuna qarşı sərhədlərini qorumağa davam edəcək", - Baş nazir bildirib.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR