Baham adalarında dəhşətli anlar — Köpək balığı gənc modelə hücum etdi

Baham adalarında istirahətə çıxan İnstaqram modeli dəhşətli anlar yaşayıb.

Köpək balıqları ilə şəkil çəkdirmək istəyi ona baha başa gəlib.

Universitet tələbəsi Yekatrina Zarutski sevgilisi ilə Baham adalarına yollanıb. ABŞ-ın Kaliforniya ştatında yaşayan Yekatrina Eksuma adasında köpək balıqları ilə üzən insanları görüb və o da foto çəkdirmək istəyib.

Sevgilisinin etirazına baxmayaraq suya girən qız arxası üstə uzanıb poza verəndə köpək balıqlarından biri onun qolunu dişləyib. Ətrafdakı insanların köməyi ilə modeli sudan çıxarıblar.

"Köpək balığı qolumu dişlədi və məni suyun dibinə çəkmək istədi. Çox qorxdum, elə bildim ki, sudan çıxa bilməyəcəm", - deyə İnstaqram modeli bildirib.


Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR