İtkin futbol komandasının hekayəsi filmə çevriləcək

ABŞ-ın "Pure Flix Entertainment" şirkəti Taylandda mağarada itkin düşən yeniyetmə futbol klubu və məşqçilərinin başına gələn hadisə əsasında film çəkəcək.

Şirkət baş verən hadisəni izlədiyini, xilasetmə prosesində iştirak edən hamını dinlədiyini və möcüzəvi hadisəni filmə çevirəcəyini açıqlayıb.

Qeyd edək ki, 23 iyunda itkin düşən 11-16 yaşlı futbolçular və 25 yaşlı məşqçi mağaraya daxil olmuş, güclü yağışın yaratdığı su səbəbilə ərazini tərk edə bilməmiş və itkin düşmüşdü. 9 gün sonra tapılan qrupun xilası 10 iyul tarixində yekunlaşıb. Hazırda futbolçuların müalicəsi davam etdirilir.

Qaynarinfo

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR