Gürcüstanda iki sutkadır meşə yanır

Gürcüstanın Lentex rayonunun Zesxo kəndində meşə massivində başlayan yanğını iki gündür söndürmək mümkün olmur. 

Bunu Lentexinin meri Badri Lipartelianı bildirib.

Onun sözlərinə görə, ərazidəki vəziyyət dəyişməyib və 120 yanğınsöndürən və texnika hadisə yerindədir: "Dünən yanğın baş verən əraziyə helikopterlər cəlb olunub. Yəqin onlar bu gün də yanğının söndürülməsi üçün işlərini davam etdirəcəklər. Yanğın ocaqlarının sayı da dəyişməyib. Relyefə görə yanğını lokallaşdırmaq mümkün deyil. Bununla belə yanğının yayılması təhlükəsi yoxdur".

Bildirilib ki, 2,5 hektar meşə sahəsi yanıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR