İran XİN: "ABŞ səfirlikləri ölkələri dağıdır"

Tehran ABŞ-ı casusluq və dağıdıcı fəaliyyətləri üçün səfirliklərindən istifadə etməkdə günahlandırıb.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

Onun sözlərinə görə, müasir tarixdə ABŞ səfirliklərinin ev sahibi ölkələrin daxili işlərinə müdaxilə edən və bu ölkələrin digər dövlətlərlə əlaqələrini pozan fəaliyyətləri barədə nümunələr qeydə alınıb.

Xatırladaq ki, ABŞ Dövlət katibi Mayk Pompeo İranı səfirliklərindən xarici ölkələrdə terakt hazırlamaq məqsədilə istifadə etməkdə günahlandırmışdı.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR