"Papa John's"un rəhbəri qalmaqallara görə istefa verdi

Amerikanın ən böyük pidza istehsalçılarından biri olan "Papa Johnchr("39")s"un qurucusu Con Şnatter idarə heyətinin rəhbəri vəzifəsindən istefa verib.

Onun istefa verməsinə səbəb may ayında keçirdiyi konfransların birində çıxışı zamanı irqçi ifadələrə yer verməsinin ardından yaranan qalmaqal olub.

O, "Forbes" dərgisinə açıqlamasında irqçi ifadələrə yer verdiyini etiraf edib.

"Papa Johnchr("39")s International" dünən Con Şnatterin istefa ərizəsini qəbul edib.

Şirkətdən verilən açıqlamada yeni idarə heyəti rəhbərinin önümüzdəki həftələrdə seçiləcəyi bildirilib.

Qeyd edək ki, Şnatter "Papa Johnchr("39")s"u 1984-cü ildə yaradıb.

Qaynarinfo

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR