Ərdoğan ölkənin müdafiəsini tək quruma tapşıracaq

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı və Müdafiə Nazirliyi birləşdirilə bilər.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

Sözügedən məsələ Türkiyədə hələ 2014-cü ildə gündəmə gətirilib. Türkiyə Prezidenti belə güclü ölkənin müdafiə sahəsinə cavabdehlik üçün iki strukturun fəaliyyətini düzgün hesab etmədiyini qeyd edib.

Xatırladaq ki, Baş Qərargahın rəisi Hulusi Akar müdafiə naziri təyin olunub. Akarın yerinə isə Quru Qoşunları komandanı Yaşar Gülər gətirilib.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR