Cənubi Koreya ABŞ qoşunlarını ölkədən çıxarmaq niyyətində deyil

"Cənubi Koreya hətta KXDR-in uğurlu denuklearizasiyası halında ABŞ qoşunlarını öz ərazisindən çıxarmağı planlaşdırmır".

Bu barədə Cənubi Koreya Prezidenti Mun Çje İn Sinqapurun "The Straits Times" nəşrinə müsahibəsində deyib.

"Cənubi Koreya və Birləşmiş Ştatlar Koreya yarımadasında və Şimal-Şərqi Asiyada sülh və sabitlik üçün ABŞ hərbi kontingentinin rolu və vacibliyi barəsində sərt mövqe tutur", - prezident bildirib.

O həmçinin əlavə edib ki, ABŞ və Cənubi Koreya qoşunlarının birgə təlimləri hazırda dayandırılıb: "Lakin ABŞ hərbi kontingentinin ölkədə yerləşməsi Cənubi Koreya-ABŞ alyansı kateqoriyasına aiddir və Şimali Koreya ilə ABŞ arasında danışıqların müzakirə predmeti ola bilməz".

Mun Çje İn vurğulayıb ki, onun ölkəsi KXDR ilə sülh müqaviləsinin imzalanmasına köklənir.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR