İrəvan 4 gündən sonra seçki keçirəcək

16 iyulda İrəvanda növbədənkənar mer seçkisi keçiriləcək.

Bu barədə qərarı İrəvan Şəhər Məclisi verib. Növbədənkənar seçkinin keçirilməsinin lehinə 35 nəfər səs verib.

Maraqlı məqam isə 16 iyulda seçkinin keçirilməsi təklifi ilə Respublikaçılar Partiyasının çıxış etməsi olub. Hakim Yelk Bloku buna qarşı çıxaraq seçkinin 8 avqusta saxlanılmasını təklif etsə də, onların bu istəyi məclis tərəfindən rədd edilib.

Qeyd edək ki, iyulun 9-da İrəvan meri Taron Marqaryan hökumətin uzunmüddətli basqılarından sonra istefaya gedib.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR