İranın din xadimi: “Ölkəmizə səfər edən əcnəbi qadınların başlarını örtməsi məcburi deyil”

"Xarici dövlətlərin vətəndaşı olan qadın turistlər İrana səfər edəndə hicab örtüb-örtməməyə özləri qərar verməlidir".

Bunu ölkənin tanınmış din xadimlərindən biri olan Möhsün Qaravian bildirib.

"Xarici turistlər bizim dini qaydalarımıza əməl etməyə məcbur deyillər. Onlar hicaba əməl edib-etməməyi özləri müəyyənləşdirməlidirlər. Hicaba əməl etmək onlar üçün məcburi deyil", - deyə o, vurğulayıb.

M.Qaravian xarici turistlərin hicaba əmələ etməsinə dair qanunun ləğv olunmasını tələb edib.

Qeyd edək ki, İran qanunlarına əsasən, ölkə vətəndaşı olan bütün qadınlar və İslam Respublikasına səfər edən xarici turist qadınlar mütləq hicaba əml etməli, o cümlədən başlarını örtməli, saçları görünməməlidir.

Report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR