Etiraz aksiyalarında ölənlərin sayı 351-ə çatıb

Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 351-ə çatıb.

Bu barədə Nikaraquanın insan hüquqları üzrə assosiasiyasından bildiriblər.

Məlumata əsasən, etiraz aksiyalarında daha 40 nəfər həlak olub. Beləliklər, ölənlərin sayı 351-ə çatıb.

Bildirilir ki, 2,1 min insan etiraz aksiyaları zamanı xəsarət alıb, 329 nəfər isə oğurlanıb.

Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib. Etiraz aksiyaları zamanı son 40 ölüm faktı nəzərə alınmaqla 351 nəfər həlak olub.

BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR