Argentina İranın ali rəhbərinin müşavirinin həbsi üçün Rusiyaya müraciət edib

Argentina Federal Məhkəməsinin hakimi Rodolfo Korral İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin sabiq xarici işlər naziri Əliəkbər Vilayətinin həbsi ilə bağlı Rusiyaya sorğu göndərib.

R.Korral 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində törədilən terror aktının araşdırılmasına rəhbərlik edir.

Həmin partlayış nəticəsində 85 nəfər ölmüş, 300 nəfər yaralanmışdı. Ə.Vilayəti Yəhudi Mədəniyyət Mərkəzindəki terrror aktının təşkiltaçılarından bir olmaqda şübhəli bilinir.

2016-cı ildə Argentina onun Malayziya və Sinqapura səfərləri zamanı da oxşar müraciətlər etmişdi. Ancaq bu sorğular o zaman cavabsız qalmışdı.

Qeyd edək ki, Ə.Vilayəti Moskvada səfərdədir. O, Rusiya Prezidenti Vladimir Putin və başqa rəsmilərlə görüşəcək və Moskvada keçiriləcək Valday konfransında çıxış edəcək.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR