Leonardo Da Vinçinin əsərində yadplanetli təsviri — ARAŞDIRMA

İntibah dövrünün rəssamı və ixtiraçısı Leonardo Da Vinçidən sonra çoxsaylı sirr və müəmma açılmamış qalır.

Bu sirr və tapmacaların öyrənilməsi üçün bir neçə yüz il vaxt lazım olacaq. Bu dəfə isə söhbət "Vəftizçi İohann" rəsm əsərindən gedir. Bu rəsmdə bir müəmma tədqiqatçıların diqqətindən yayınmayıb.

Başqa İohann
Bəri başdan deyək ki, rəsm əsəri özü həm süjet, həm də ərsəyə gəlmə baxımından qeyri-adidir. Birincisi, Da Vinçinin əsərlərinin əksəri, söhbət portretlərdən gedir, peyzaj fonunda çəkilib. Nadir fotolarda fon yoxdur. "Vəftizçi İohann" əsərinin də fonu tünd qaradır. Bundan başqa müasir cihazlarla aparılan analiz fırça izi aşkar edə bilməyib. Şəkilin ən üst hissəsi də hamardır.

İndi isə süjetə gələk. İohanı görən rəssamların bir çoxu sərt, əzabçəkən, gözlərində bütün dünyanın acısı toplanan insan kimi görüblər. Amma Da Vinçinin əsərində isə sifətində təbəssüm olan, gözlərində isə əzab olmayan gənc qələmə alınıb. Onun sol əlində isə xaç var. Rəssam sevimli tələbəsi Salaiyə baxaraq bu əsəri yaradıb.

Güzgülü sirr
Son aparılan tədqiqatlar rəsmdə İohandan başqa qəribə bir məxluqun da olduğu üzə çıxıb. Bu isə Da Vinçinin müasirləri üçün naməlum, anlaşılmaz məxluqdur. Amma XXI əsrin sakinləri üçün isə bu yadplanetlidir.

İri gözlər, uzun çənə, iri alın, nazik ağız və burun yoxdur. Bəli, qarşımızdakı yadplanetlidir. Daha dəqiq desək, portretin yarısı. Əgər tam təsviri əldə etmək istəyiriksə, rəsm əsərini güzgüyə yaxınlaşdırmalıyıq. Bu üsul əsərlərində kodlaşdırılmış simvolları gizlədən rəssamlar tərəfindən istifadə edilib.
Bu əsərdə yadplanetlini görmək üçün isə kompüter qrafikasına ehtiyac var.

Bəs görəsən məşhur rəssam yerdənkənar sivilizasiya nümayəndəsinin təsvirini niyə əsərində gizlədib?

Leonardo bu tip gizli simvolların fanatı idi. Əsərlərində bu işarələrdən istifadə edirdi. Kilsə bu simvolları qəbul etmədiyi üçün onları əsərlərdə gizlətmək lazım idi.

Amma əsərdəki yadplanetlinin müasir filmlərdəki təxəyyül obrazı yadplanetlilərə bu qədər oxşarlığına heç kəs cavab tapa bilmir...

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR