KTMT çökür

"Rusiyanın hərbi-siyasi bloki olan Kollektiv Təhüləkizlik Müqaviləsi Təşkilatında (KTMT) çatlar yaranıb. Üzv dövlətlərin bir-birinə qarşı inamsızlığı və qarşlıqlı problemlər yaşaması adi hala çevrilib".

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu da təşkilat daxilində parçalanmaya və ümumi problemlərə qarşı birgə mövqe sərgiləməsini çətinləşdirir: "Qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyi və qərbpərəst siyasətin formalaşması, Belarusla Rusiya arasında gömrük və ərzaq məhsulları ilə bağlı narazılıqlar, nəhayət Qazaxıstanın ABŞ-la yaxınlaşması, KTMT-nin gələcək fəaliyyətini sual altına qoyur. Qazaxıstanda KTMT topalntısında Rusiya XİN rəhbəri açıq şəkildə Ermənistanda ABŞ-ın labaratoreya inşasını, Qazaxıstanın ABŞ hərbiçilərinə dəniz limanından istifadəyə icazə verməsini narazılıqla qarşıladı. Bundan əlavə, Belarusun Azərbaycana "Polonez" reaktiv raket sistemlərini satması, Qazaxıstanın Azərbayacana siyasi dəstəyi Ermənistanın da KTMT ümidini puç edib".

Politoloq deyib ki, yaxın illərdə KTMT fəaliyyətini dayandıracaq və Rusiya yeni format axtarışında olacaq: "Ümumiyyətlə Rusiyanın siyasi-hərbi proyektlərinin iflası məhz Kremlin üzv dövlətləri ilə tərəfdaş kimi deyil, forpost kimi davaranması belə təşkilatların bir neçə ildən sonra fiaskosuna səbəb olur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR