PKK-çılar Hakkariyə raket atdı: Şəhid və yaralılar var

PKK terror təşkilatının üzvləri İraqın şimalından Türkiyənin Hakkari vilayətində yerləşən hərbi bazanı hədəf alıb.

Terrorçular Hakkarinin Çukurca rayonunda yerləşən Zəngil təpəsinə raket atıb. Hadisə nəticəsində bir əsgər şəhid olub, 4-ü isə yaralanıb.

TSK hücumdan sonra cavab həmləsi ilə terrorçuları geri çəkilməyə məcbur edib. Həmin bölgəyə əlavə tank və hərbi helikopterlər yönləndirilib.

Yaralanan əsgərlər Hakkari dövlət xəstəxanasına yerləşdirilib.

Hakkari vilayətinin valisi Silahlı Qüvvələrin bölgədə hərbi əməliyyatlara davam etdiyini açıqlayıb.

Yenicag.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR