Prezident İvanişviliyə meydan oxudu: “Maskaradı bitir”

Georgi Kvirikaşvili uğurlu hökumət başçısı idi.

Bunu Batumi Beynəlxalq Konfransında çıxışı zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

"Dünən baş nazir vəzifəsindən getdi və bildirdi ki, Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə yeni hökuməti formalaşdırmağa imkan verir. Bu proseslər daha şəffaf keçirilməlidir və ictimaiyyətə aydın olmalıdır. Baş nazir hansı prinsip üzrə təyin edilir və hansı prinsip üzrə uğurlu baş nazir istefaya gedir? Məncə, bu, maskarad dövrüdür. Baş nazirin təyini və azad edilməsi nə cəmiyyətə, nə də xarici tərəfdaşlarımıza aydındır. Bu başa çatmalıdır. Partiyanın bu maskaradı bitməlidir. Bu, Gürcüstana ziyan verir", - deyə o bildirib.

Qeyd edək ki, Marqvelaşvili ilə İvanişvili arasında münasibətlər bir neçə ildir gərgindir.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR