Nikolu divara dirədilər: “Putinə nə cavab verəcəksən?”

Dünən azadlığa buraxılan Təsisçi Parlament siyasi hərəkatının lideri Jirayr Səfilyanla bağlı Ermənistanın yeni hökumətində fikir ayrılığı olub.

Bu barədə məlumatı "Jamanak" qəzeti yayıb. Fikir ayrılığının xüsusilə Baş nazir Nikol Paşinyan və komandası arasında yarandığı iddia edilib.

"Səfilyanın azadlığa çıxması hökumətdə ciddi müzakirələrə səbəb olub. Paşinyanın komandası ona "Əgər bu insanları azad ediriksə, o zaman kim onların Avrasiya İttifaqı və ya KTMT-dən çıxmağımızla bağlı tələb irəli sürüb, aksiyalara qatılmayacaqlarına zəmanət verəcək? Sən nə edəcəksən, ruslara necə hesabat verəcəksən?" sualını veriblər. Paşinyan isə öz növbəsində komandasının bütün arqumentlərini rədd edib. Səfilyan azadlığa çıxana qədər isə o, Rusiyaya gedib", - məqalədə bildirilib.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR