Türkmənbaşı güc strukturlarının rəhbərlərini dəyişdi

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov milli təhlükəsizlik naziri, polkovnik Dovrangəldi Bayramovu "işində buraxdığı ciddi çatışmazlıqlar" səbəbindən vəzifəsindən azad edib.

Bundan başqa, Berdiməhəmmədov müdafiə naziri və sərhəd xidmətinin rəisini də vəzifəsindən azad edib.

Yeni milli təhlükəsizlik naziri 2011-2015-ci illərdə bu postu tutan general-polkovnik Yaylım Berdiyev təyin edilib.

Yeni müdafiə naziri sərhəd xidmətinin keçmiş rəisi general-mayor Beqenç Qundoqdıyev, sərhəd xidmətinin rəisi isə müdafiə nazirinin sabiq müavini polkovnik Şadurdı Durdıyev olub.

Virtualaz.org

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR