Tramp Putindən nə xahiş edəcəyini açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə eyni masa arxasına oturacağı halda ondan ilk xahişinin nə olacağını açıqlayıb.

Bu etirafını o, "Foks Nyus" televiziyasına müsahibəsində deyib.

"Rusiyanın Böyük Səkkizliyə qaytarılması sərfəli olardı. Böyük Yeddilik sammitinin iştirakçıları vaxtlarının dörddə birini Rusiyanın müzakirəsinə xərclədilər.

Mən Rusiyanın yox, ABŞ-ın tərəfdarıyam. Lakin əgər Putinlə Kanadada eyni masa arxasında əyləşsəydim, ona "Xahiş edirəm, Suriyadan və Ukraynadan çıxın, siz orada olmamalısınız" sözlərini deyərdim", - Tramp bildirib.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR