Əsəd: "Bu ölkənin bazaları Suriyada peyda ola bilər"

Suriyada İran hərbi bazaları yoxdur, amma ehtiyac yaranacağı təqdirdə bu bazalar peyda olacaq.

Bunu İranın "Əl Alam" televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.

"İranla münasibətlər Suriya üçün strateji əhəmiyyət daşıyır. Bu münasibətlər ölkənin şimal və cənubundakı vəziyyətlə bağlı deyil. Bu münasibətlər, daha çox, gələcəyə yönəlib.

Doğrudur, Suriyada İran hərbçiləri var, lakin bu hərbçilər məsləhətçi kimi bizə yardım edirlər. Əgər terrorizm üzərində qalib olsaq, Hizbullah Suriyanı tərk edəcək", - deyə o bildirib.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR