Avsrtiyanın baş naziri müsəlmanları qəzəbləndirən qərarından VAZ KEÇDİ

Avstriyanın baş naziri Sebastiyan Kruz ötən həftənin cümə günü "Siyasi İslam ilə mübarizə çərçivəsində" ölkəsindəki yeddi məscidin bağlanması və imamların deportasiya edilməsi qərarını vermişdi.Publika.az xəbər verir ki, qərarın bir çox ölkə tərəfindən sərt reaksiyalara səbəb olması Avstriya hökumətini geri çəkilməyə məcbur edib.Xəbərə görə, biri "Nizam-i Aləm" adlı türk məscidi olmaqla, yeddi məscid yenidən istifadəyə açılacaq.Qeyd edək ki, "Euronews" saytına açıqlama verən həmin məscidin sədri Hacı Yağçı bağladılma qərarından şok olduqlarını bildirmiş, qərarın açıqlanması üçün qəsdən gündəm yaratmaq məqsədilə camaatın qələbəlik olduğu cümə gününün seçildiyini söyləmişdi.Xatırladaq ki, Sebastiyan Kruz bu məscidlərin bağladılması qərarından sonra yəhudilərin müqəddəs məkanı olan "Ağlama divarı"nı ziyarət etmiş, fotolarını paylaşmışdı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR